Magazin1
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
Xalq artisti Ağadadaş Ağayev oğlu Səbuhi Ağayevin müğənnilikdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçi oğlunun dövlət məmuru olmaq qərarı verdikdən sonra səhnə fəaliyyətini dayandırdığını bildirib.
Ağadadaş Ağayevin sözlərinə görə, Səbuhi dörd il onun tələbəsi olub və gözəl səsə malikdir:
“Oğlum Səbuhi dörd il tələbəm olub. Həmişə yanımdadır. Çox gözəl səsi var, amma dövlət məmurudur. Məmur olmamışdan əvvəl toylara, tədbirlərə gedirdi. Sonra mənə dedi ki, məmur olmaq istəyir. Dedim ki, bunu sənə əvvəldən demişdim, amma məni dinləmədin. İndi gəldin əsas məsələyə, get, məmur ol. Bu, çətin yoldur”.
Xalq artisti sənət yolunun çətinliklərindən danışaraq övladlarının onun yaşadığı çətinliklərlə üzləşməsini istəmədiyini vurğulayıb:
“İstəmədim ki, övladlarım həmin yolu yaşasınlar. Bizim işin həm yaxşı, həm də ağır tərəfləri var. Onları bir yerdə daşımaq çətindir. Nəvəm Ağadadaş da oxumaq istəyir. Amma nə qədər ömrüm var, onu oxumağa qoymayacağam. Ağadadaş bir dənə olar”.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız












.jpg)
.jpg)






















