Boltonun bu strategiyası yersiz idi - Trampdan AĞIR İTTİHAM
Bizi izləyin

ABŞ

Boltonun bu strategiyası yersiz idi - Trampdan AĞIR İTTİHAM

Milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Con Boltonun Venesuela üzrə strategiyası yersiz idi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.

“Düşünürəm ki, o, bütün çərçivələrdən çıxdı”, - Tramp fikir ayrılıqlarının mahiyyəti haqqında təfərrüatları açıqlamadan deyib.

Qeyd edək ki, Bolton sentyabrın 10-da istefaya göndərilib. O, iqtisadi təzyiq yolu ilə Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdi. ABŞ KİV-i bir neçə dəfə yazıb ki, bu strategiyanın uğursuzluğu Tramp qıcıqlandırırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm