ABŞ
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ
ABŞ Senatı ötən gün Suriya sərhədindəki YPG/PKK terror təşkilatına qarşı başladılan “Sülh Çeşməsi” (Barış Pınarı) hərəkarı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, respublikaçı senator Lindsi Qrehem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəni hədəf alan ağır maddələr yer alıb.
Paketin layihəsini tvitterdəki hesabından paylaşan Qrehem Konqresdəki iki tərəfin partiyanın sanksiya mövzusunda razılaşdıqlarını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin vitse-prezident Fuat Oktay və bəzi nazirlərın adları layihəyə daxil edilib. Bundan başqa, Suriyadakı əməliyyatların 90 gün ərzində dayandırılmayacağı halda, hərbi və ticarət sektorlarına ağır sanksiyaların tətbiqi, Türkiyə Silahlı Qüvvələrinə təyyarə, avtomobil və onlara aid bütün ehtiyat hissələrinin satışının və hərbi kəşfiyyat məlumatlarının paylaşmasının dayandırılması yer alıb.
Həmçinin, enerji və neft satışı mövzusunda Türkiyəyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiyaların tətbiqi təklif edir. Senatorlar Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar da sanksiyaların tətbiq olunmasını istəyiblər.
Sanksiyalar paketi Senatda qəbul olunarsa, prezident Donald Trampın masasına gəlmədən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməlidir. Ancaq Trampın belə bir qanun layihəsinə veto qoymaq səlahiyyəti var. Lakin Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilərsə, Trampın veto səlahiyyətini keçərək qüvvəyə minir.
Qeyd edək ki, Qrehemin əməliyyata qarşı son günlərdəki paylaşımları Türkiyənin reaksiyasını çəkib. O, Türkiyənin Suriyanın şimalına əməliyyat təşkil edəcəyi halda, “cəhənnəmdən gəlmə” sanksiyalarla üz-üzə qalacağını bildirib.
“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək. Əhatəli, dərin və dağıdıcı sanksiyalardır”, - deyə senator bildirib.
Bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi.
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO