Tramp Çini hədələdi - YENİ GƏRGİNLİK
Bizi izləyin

ABŞ

Tramp Çini hədələdi - YENİ GƏRGİNLİK

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun koronavirusla bağlı Çin mallarının idxalına əlavə rüsumlar tətbiq edə biləcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Tramp jurnalistin “ABŞ hökuməti koronavirusla bağlı cəza tədbiri kimi Çinə olan borc öhdəliklərini yerinə yetirməkdən imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Daha böyük miqdarda pul qazanmaq üçün əlavə rüsumlar tətbiq edilə bilər”.

Tramp həmçinin, Pekini ABŞ-ın Çinə olan 1 trilyon dollar həcmində olan borcunu qaytarmamaqla hədələyib.

Qeyd edək ki, ABŞ hökümətinin borclanmaq üçün buraxdığı qiymətli kağızların 1 trilyon dollarını Çin alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm