ABŞ
Xaos qapıda, Tramp qorxu içindədir - ABŞ-ı GÖZLƏYƏN FƏLAKƏT yaxınlaşır
ABŞ üçün xaos qapıdadır.
Publika.az xəbər verir ki, bu sözləri türk hərbi mütəxəssis Abdullah Ağar səsləndirib.
Qaradərili Corc Floydun Minneapolis şəhər polisi tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar barədə danışan mütəxəssis bildirib ki, dövlət iradəsini vətəndaşa göstərmək üçün sərtləşir: “Əgər hüquq-mühafizə orqanları ortaya çıxan qeyri-sabitliyi nəzarət altına ala bilməsə, iş daha çox dərinləşib xaosa çevriləcək. Hazırda bunu demək üçün erkəndir, amma belə bir ehtimal da mümkündür.
Olayı pandemiya prosesi daxilində şərh etməkdə fayda var. ABŞ pandemiyadan son dərəcə dərin şəkildə zərər gördü. ABŞ-da onsuz da sosial narahatlıq var. Zaman içində bu növ aksiyalar baş qaldırır. Bunun içində bir sıra parametrlər var. Bunlardan biri də pandemiyadan Amerika xalqının son dərəcə ağır zərər görmüş olmasıdır. Ölkədə 1% elit, 20% orta təbəqə pandemiyadan zərər görmədi. 80% insan isə böyük çətinliklərlə üz-üzə qaldı. Pandemiyadan ölənlərin əksəriyyətinin qaradərili və latın amerikalı olması ölkədə bərabərsizlik, siyasi gərginlik, etibarsızlıq və qeyri-müəyyənlik problemlərini göz önünə sərdi”.
Ağar bildirib ki, ABŞ hökuməti hazırda olduqca gərgindir: “Trampın çıxıb “əgər soyğunçuluq artarsa, silahlar açılacaq” tərzdə açıqlama verməsi ABŞ dövlətinin nə qədər gərgin olduğunu göstərir. Heç bir dövlət vətəndaşını təhdid etməz. Dövlət lazım görsə, silahlı müdaxilə edə bilər, amma vətəndaşını təhdid etməz”.
Mütəxəssisin sözlərinə görə, polisin şiddəti vətəndaşın müqavimətini daha da sərtləşdirə bilər.
Zümrüd
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ