Senatda Trampın impiçmenti prosesi başladı
Bizi izləyin

ABŞ

Senatda Trampın impiçmenti prosesi başladı

ABŞ Konqresinin Senatında sabiq ölkə prezidenti Donald Trampın impiçment prosesinin ikinci günü başlayıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, ittiham edən və müdafiə olunan tərəflər iddialarını izah etməyə başlamadırlar.

Məlumata əsasən, əvvəlcə söz Demokrat Ceymi Raskinin (Merilend ştatı) rəhbərlik etdiyi Nümayəndələr Palatasından ittiham edən tərəfə veriləcək. Bunun üçün onlara 8 saat vaxt verilir.

Qeyd edək ki, D.Trampın impiçment prosesində bir ittiham irəli sürülüb - üsyana təhrik. Sənəd ilk öncə Senata təqdim edilib və fevralın 9-u yuxarı palatada impiçment çərçivəsində proses başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm