Dünya
Ərdoğandan nazirə hücuma REAKSİYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.
Publika.az xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbul Enerji Forumunda çıxışı zamanı danışıb.
“Biz şəhər quldurluğuna heç vaxt boyun əyməmişik. Bundan sonra da belə davam edəcəyik", - Ərdoğan bildirib.
O, sözlərinə belə davam edib:
"22 ildir aktyorlar dəyişdi. Amma CHP-nin qarın ağrısı hələ də keçmədi. İndi gəlib bizi bazara çağırırlar. Siyasi partiya olaraq bazarlarda, küçələrdə müxalifətdən qat-qat güclü varlığımız var. Xalqımızla bağımızı qırmadıq”.
Xatırladaq ki, noyabrın 20-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında dövlət rəsmiləri ilə müxalifət nümayəndələri arasında qarşıdurma olub. CHP-li deputatlar Ali Yerlikaya və digər rəsmilərin qarşısını kəsərək, onların parlament komissiyasının iclasına daxil olmasına mane olmaq istəyiblər. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb və dövlət rəsmiləri zorla iclas zalına daxil olublar.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi











.jpg)




















