ABŞ Ukraynaya özünümüdafiə məqsədilə silah göndərib
Bizi izləyin

ABŞ

ABŞ Ukraynaya özünümüdafiə məqsədilə silah göndərib

ABŞ Ukraynaya yalnız özünümüdafiə məqsədilə silah verib

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş Qərargah rəisi general Mark Milli bildirib. Ölkə konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə ondan Ukraynanın ölümcül silah tədarükü ilə dəstəyə layiq olub-olmadığı barədə sual verilib.

"Bəli. Biz keçmişdə də Kiyevə öldürücü silahlar ötürmüşük. Ancaq öldürücü silahlar yalnız müdafiə məqsədi daşıyır", - general əlavə edib.

Xatırladaq ki, keçən həftə "Politico" qəzeti Ağ Evin Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardım verəcəyini, lakin sonra planların dəyişdiyini yazıb. Nəşrin mənbələrinə görə, hazırlanmış dəstək tədbirləri paketinə Ukraynaya silah tədarükü də daxil idi. Xüsusilə, ölkəyə hava hücumundan müdafiə sistemləri, atıcı və tank əleyhinə silahlar təqdim etmək imkanı nəzərdən keçirilib. Ağ Evin Milli Təhlükəsizlik Şurası Rusiya ilə Ukrayna sərhədindəki gərginliyin yumşalmasından və Cenevrədə Rusiya-Amerika zirvəsi ərəfəsində planı dayandırıb. Lakin Ukraynaya yardım göstərilməsi ehtimalı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm