ABŞ
"Neftin bahalaşmasında Bayden günahkardır" - “The Guardian”
Neftin bir barelinin qiyməti 100 dolları keçib və bu səbəbdən ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanındakı danışıqlarını nəticəsiz adlandırmaq olar.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Bunun səbəbi Co Baydenin Səudiyyə Ərəbistanı kralı ilə danışıqların uğurlu olmamasıdır. Neftin qiymətinin 100 dollardan yuxarı olması onu göstərir ki, Amerika liderinin Səudiyyə Ərəbistanı hökumətinə səfəri heç bir nəticə vermədi”, - nəşr qeyd edib.
Analitiklər hesab edirdilər ki, ABŞ və Səudiyyə Ərəbistanı neft qiymətləri ilə bağlı razılaşmalıdır, çünki bu cür razılaşmalar OPEC+ çərçivəsində bağlanır.
Eyni zamanda bəzi ekspertlər ABŞ prezident administrasiyasının ikiüzlülüyündən danışıblar: “Səudiyyə Ərəbistanına getmək əvəzinə ABŞ-da neft hasilatının həcmini artırmaq lazım idi”.
İyulun 17-də Ağ Evin keçmiş spikeri Mark Tissen bildirib ki, Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı bir qədər qeyri-müəyyən mövqe nümayiş etdirib. Çünki o, dünya bazarında neftin qiymətinin qalxdığı bir vəziyyətdə ərəblərdən kömək istəməyə gəlib, lakin eyni zamanda Ər-Riyadın “təcrid olunmasının” lehinə danışıb. Tissenin fikrincə, Baydenin Ər-Riyadla bağlı hədələri burada işə yaramayıb, çünki ABŞ-ın indiki siyasəti sadəcə olaraq Səudiyyə Ərəbistanının heç bir şəkildə təcrid olunmasına imkan vermir.
Murad
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ