ABŞ
Rusiya bunu etsə, qlobal “izqoy” dövlətə çevriləcək - Ağ Ev
ABŞ administrasiyası Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini tanımır.
Publika.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Rusiya hərbçiləri tərəfindən tutulmuş Ukrayna ərazilərinin Rusiyanın tərkibinə daxil olacağı təqdirdə Vaşinqtonun Moskvaya sanksiyalar tətbiq etməyə hazır olduğunu təsdiqləyib.
Kirbi qeyd edib ki, Rusiya əlavə sanksiyalarla üzləşəcək və indikindən daha çox qlobal “izqoy” dövlətə çevriləcək. “Biz Rusiyanın əlavə Ukrayna ərazilərini ilhaq etmək niyyətində olduğuna dair kifayət qədər dəlil, kəşfiyyat və ictimai sübutlar görürük. Əgər Rusiya istənilən halda ilhaq planlarını davam etdirsə, biz müttəfiqlər və tərəfdaşlarla birlik içində tez və sərt şəkildə cavab verəcəyik”, – Kirbi mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, Rusiya nəzarət etdiyi Ukrayna ərazilərinin ilhaqı üçün zəmin yaradır ki, bu da Ukraynanın suverenliyinin birbaşa pozulmasıdır.
Kirbi həmçinin bildirib ki, işğal olunmuş ərazilərdə Rusiyaya birləşmək üçün qondarma referendumlar keçirmək istəyirlər. O əlavə edib ki, Rusiya tərəfi Ukraynanın bir sıra vilayətlərinin, o cümlədən Xerson, Zaporojye və Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinin ilhaqı cəhdinin təfərrüatlı planlarını nəzərdən keçirir. Ağ Ev nümayəndəsi referendumların bu ilin sonunda, ola bilsin ki, sentyabrda keçirilə biləcəyini güman edib.
Rusiya hərbçiləri Xerson və Zaporojye vilayətlərini bu ilin yazında ələ keçiriblər. Bu vilayətlərə rəhbərlik edən rusiyapərəst hakimiyyət əhali arasında Rusiyaya birləşmək üçün referendum keçirmək niyyəti barədə dəfələrlə danışıb.
Səxavət
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





