Magazin1
Xalq artistinin ailəsinin faciəsi: Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
Mərhum Xalq artisti Eldəniz Zeynalovun qızı və gəlini aparıcı Elgiz Əkbərin yutub layihəsinə gələrək yardım istəyib.
Publika.az xəbər verir ki, aktyorun qızı atasından qalan bütün evləri satdıqlarını, hazırda yardıma ehtiyacları olduğunu bildirib.
Proqramda Elgiz Əkbər ailənin yaşadığı çətinliklərdən danışıb:
"Eldəniz Zeynalovun oğlu, mərhum Məmməd Zeynalov xəstə oldu, evlərini, hər şeyi satıb onun müalicəsinə xərclədilər. Qızı Gülbəniz ailə qurmadı, özünü bacı-qardaşına həsr etdi. İndi deyir ki, vəziyyət pisdir. Atadan qalan ev Tarqovıda yerləşirdi. Məcbur qalıb bir gecəyə 110 min manata satdılar. Pulu qardaşına xərclədi. Deyirdi ki, utanıram, deyəcəklər atadan qalan evdə oturdu, qardaşına etmədi. İndi kirayədə qalır. Qardaşına balaca daxma alıb. Gəlin İradə xərçəng xəstəliyinə tutulub.
Məmmədə sonradan dəstək olmuşdum. O öləndə pulları olmayıb ki, iki metr parça alıb büküb basdırsınlar. Aparıb atasının yanında yox, uzaq bir yerdə dəfn ediblər. İmkanları buna çatıb. İndi aktyorun gəlini xərçəng xəstəliyinə yoluxub. Uşağı da xəstədir, əməliyyat olunmalıdır".
Elgiz bildirib ki, uşağın əməliyyatı üçün 10 min manat lazımdır. (Axşam.az)
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl






.jpg)







.jpg)






















