ABŞ
Əl-Qaidə liderinin ölümünün sübutları var, amma... - Kirbi
ABŞ-da “Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əz-Zəvahirinin ölümünə dair “vizual və digər” sübutlar var, lakin onun DNT nümunələri yoxdur.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bizdə onun DNT-si yoxdur və biz onu əldə etməyəcəyik. Açığı, istifadə etdiyimiz müxtəlif mənbələri və məlumat əldə etmək üsullarını nəzərə alsaq, buna ehtiyacımız yoxdur” - deyə Kirbi terrorçu liderin məhv edilməsi üzrə son əməliyyatı şərh edib.
Onun sözlərinə görə, Amerika tərəfinin “vizual təsdiqi, eləcə də müxtəlif mənbələr və üsullarla əldə edilmiş sübutu” var.
Xatırladaq ki, “Politico” mötəbər mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar həftəsonu Əfqanıstanda əks-terror əməliyyatı keçirib, nəticədə “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əl-Zəvahirini məhv etməyə nail olub.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
