Dünyanı qarışdıran qadın: Nensi Pelosi - MARAQLI FAKTLAR - VİDEO
Bizi izləyin

ABŞ

Dünyanı qarışdıran qadın: Nensi Pelosi - MARAQLI FAKTLAR - VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri dünyanı ayağa qaldırıb. Pelosi dünyanın fərqli bir sinir ucuna basaraq Tayvana addım atdı. Bu, son 25 ildə ABŞ-ın regionda ən yüksək səviyyəli rəsmi səfəri olub. Çin isə buna çox kəskin reaksiya verib. Bəs bu səfəri edən və vitse-prezidentdən sonra protokolda 3-cü olan Nensi Pelosi kimdir?

Nensi Pelosinin təyyarəsi müasir dövrün ən çox izlənən təyyarəsi kimi tarixə düşüb. Çinin tanımadığı bu ölkəyə gedən Pelosinin təyyarəsini 300 mindən çox insan izlədiyi üçün “Flight Radar” saytı ötən gün çöküb.

Tayvanda fövqəladə təhlükəsizlik tədbirləri ilə qarşılanan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri “Dünya avtokratiya və demokratiya arasında seçim qarşısında qaldığı bir vaxtda Birləşmiş Ştatların 23 milyon Tayvanlı ilə həmrəyliyi bu gün hər zamankindən daha vacibdir” deyib.

82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri COVID-19-a yoluxması səbəbiylə ləğv edilib. Pelosi son 25 ildə adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri kimi tarixə düşüb. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu vəzifədə olarkən Tayvana səfər etmişdi.

Tarixi əlaqələrə görə Çin Tayvanı öz ərazisi hesab edir və oradakı hökuməti tanımır. Dünyada 59 ölkə Tayvanı tanıyır və onların bir çoxunun diplomatik əlaqələri var. Qvatemala Tayvanı ilk dəfə 1933-cü ildə tanıyıb.

Çin ilə ilk əlaqə deyil

Bəs bütün dünyanın danışdığı qadın Nensi Pelosi kimdir? Yaşı 80-dən yuxarı olan bu xanım siyasətçi niyə elə indi belə bir addım atmağa ehtiyac duydu? “Biz Çin Kommunist Partiyasının Tayvana və demokratiyaya təhdidlərinə dözə bilmərik” deyə Pelosi səfəri ilə bağlı “Washington Post” qəzetinə yazdığı köşə yazısında qeyd edib. Pelosi məqaləsini bu sətirlərlə davam etdirib: “Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə apararkən minlərlə günahsız insanı, hətta uşaqları qətlə yetirərkən, başa düşmək lazımdır ki, ABŞ və müttəfiqləri avtokratlara təslim olmayacaq”.

Pelosi Çinə qarşı sərt mövqeyi ilə tanınan bir siyasətçidir. O, 1991-ci ildə Tiananmen meydanına gedib və orada olarkən polis tərəfindən dindirilib. Bookkings İnstitutundan Rayan Hass, “O, uzun müddət Tibet və Dalay Lamanın müdafiəçisi idi. Pelosi Çinin Amerika dəyərlərini və ya Amerika maraqlarını pozduğunu düşündüyü hərəkətləri ilə bağlı fikirlərini bildirməkdən çəkinmir” - deyə bildirib.

Nümayəndələr Palatasının ilk xanım rəhbəri

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən ilk qadındır. Çətin vaxtlarda ikipartiyalı parlamenti birləşdirə bilmək gücü və Donald Tramp rejiminə qarşı kəskin müxalifliyi onu son illərdə daha çox tanıdıb. Trampın fikrincə, o, “ultra sol gündəmi olan radikaldır”.

Pelosi 26 mart 1940-cı ildə anadan olub, 82 yaşı var. Pelosinin atası bələdiyyə sədri olub. Siyasət Merilend ştatının Baltimor şəhərindən olan Pelosinin atasının peşəsidir. O, Vaşinqtonda kollec təhsili aldıqdan sonra həyat yoldaşı Paulla evlənir. Əvvəlcə Mahnetten ştatına, sonra isə San Fransiskoya köçürlər. Evləndikdən sonra 6 il ərzində onların 5 övladı var. 1976-cı ildə siyasətə qayıdan Pelosi Kaliforniya seçki kampaniyasında Qubernator namizədi Cerri Braunun komandasında yer alır. Pelosi 1988-ci ildə Demokratlar Partiyasının prezidentliyinə yüksəlir.

2001-ci ildə Demokratlar Partiyasının Qrup sədrinin müavini olub. Pelosi 2003-cü ildə 11 Sentyabr hadisəsindən sonra o dövr üçün çox cəsarətli mövqe tutaraq ABŞ-ın İraqı işğal etməsinə qarşı çıxan siyasətçilərdən biri idi.

Beləliklə, 2018-ci ildən bəri ikinci dəfə idarə etdiyi Nümayəndələr Palatasının sədri indi nə edir? O , vəzifə iyerarxiyasına görə protokolda ABŞ prezidenti və vitse-prezidentindən sonra üçüncü yeri tutur. Onun konqres binasındakı eyvanlı böyük otağı bu gücü təmsil edir. Prezident və onun müavinləri Məclisin qanunvericilik proqramını müəyyən edirlər.

Pelosi ilə Trampın fikir ayrılığı olduğu heç kimə sirr deyil. Donald Tramp 2018-ci ildə Konqresə ümummilli müraciətlə çıxış edərkən, Pelosi kameralar qarşısında prezidentin çıxışı olan vərəqləri cırıb. Daha sonra bu davranışına görə üzr istəməyib və vərəqdə yazılanları “yalanların manifestosu” kimi qələmə verib.

Trükiyə ilə bağlı mövqeyi

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi 2020-ci ildə Türkiyə ilə bağlı söylədiyi bəzi təkəbbürlü ifadələrə görə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tərəfindən tənqid edilib. XİN başçısı Türkiyədə demokratik dəyərləri hədəf alan Pelosiyə cavab olaraq, “Pelosinin nümunəvi məlumatsızlığına görə ABŞ parlamentinin sədrliyinə yüksəlməsi Amerika demokratiyası naminə narahatlıq doğurur” deyib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm