Trampla bağlı ŞOK QADAĞA
Bizi izləyin

ABŞ

Trampla bağlı ŞOK QADAĞA

Donald Trampın “Truth Social for Android” smartfonlar sosial şəbəkəsinin müştərisi Google Play-də moderatorluqdan keçməyib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tətbiqin nəşrinə qadağa qoyulmasına səbəb istifadəçi məzmununun keyfiyyətsiz moderasiyası olub.

“Avqustun 19-da mağazamızın qaydalarına uyğun olmayan bir sıra pozuntular barədə “Truth Social”-a məlumat verdik, həmçinin Google Play-ə qəbul üçün şərt olan istifadəçi məzmununu moderasiya etməyin effektiv yollarının olduğunu xatırlatdıq”. agentlik yazıb.

İT nəhəngi onu da əlavə edib ki, keçən həftə “Truth Social”-ın tərtibatçıları müəyyən edilmiş problemlər üzərində işə başladığını elan ediblər.

“Truth Social” 2021-ci ildə tviter, TikTok və yutubda bloklandıqdan sonra Donald Trampın təşəbbüsü və pulu ilə yaradılmış sosial şəbəkədir. “Truth Social” ABŞ-ın keçmiş prezidentinin tərəfdarlarını birləşdirmək üçün yaradılıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm