ABŞ
Kiyevə nə qədər lazımdırsa dəstək verəcəyik - Kirbi
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Birləşmiş Ştatlar Kiyevə “nə qədər lazımdırsa” dəstək vermək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Eyni zamanda Vaşinqton Kiyevə Moskva ilə sülh danışıqlarının vaxtını müəyyən etmək imkanı verəcək” - Kirbi vurğulayıb.
“Prezidentimizin mövqeyi ondan ibarətdir ki, biz Ukraynaya nə qədər vaxt lazımdırsa, dəstəkləməyə sadiqik – onların döyüş meydanında uğur qazanmalarına kömək etmək və bu məsələyə gəlincə, danışıqlar masası arxasında öz mövqelərini gücləndirmək” , - ABŞ administrasiyasının rəsmisi deyib.
Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, danışıqların nəticələrini yalnız Ukrayna prezidenti Vladimir Zelenski yekunlaşdıra bilər: “Və yalnız prezident Zelenski nəyin qələbə, nəyin məğlubiyyət olduğunu müəyyən edə bilər”.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO

































