ABŞ
Ərdoğanın BMT GÜNDƏLİYİ: Kralla görüşdü
Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan burada təmaslarını davam etdirir.
Publika.az-ın xəbərinə görə, qardaş ölkənin dövlət başçısı həmin çərçivədə İordaniya Kralı II Abdullah ilə görüşüb.
Ərdoğan BMT Baş Qərargahında çıxışından sonra Finlandiya prezidenti Sauli Niinisto və Qırğızıstan prezidenti Sadir Caparov ilə də görüşüb.
İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edən Ərdoğan BMT-nin Baş Qərargahında Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani, Qazaxıstan prezidenti Kasım Comert Tokayev, Cənubi Koreya prezidenti Yoon Suk-yeol, Banqladeşin Baş naziri Şeyx Hasina Vecid ilə də görüş keçirib.
Cənubi Koreya prezidenti Yoon Suk-yeol prezident Ərdoğanın NATO-dakı rolunu və liderliyini yüksək qiymətləndirdiyini bildirib.
Prezident Ərdoğan Yoon Suk-yeolun onu ölkəsinə dəvət etməsi qarşısında yaxın zamanda Cənubi Koreyaya səfər etməyi planlaşdırdığını ifadə edərək, "görüşməliyik, görməli çox işimiz var" - deyib.
Ərdoğanın Qazaxıstan prezidenti Tokayevlə söhbətini BMT-nin baş katibi Antonio Quterreş müşayiət edib.
Daha sonra prezident Ərdoğan onu müşayiət edən İordaniya kralı II Abdullahla birlikdə Türk Evinə gedib.
Türkiyənin dövlət rəhbəri burada İordaniya Kralı II Abdullah ilə görüşüb.
Tural Turan
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq