ABŞ
ABŞ-dan "F-16" QƏRARI: Türkiyəyə satmaq üçün...
ABŞ Prezidenti Co Baydenin administrasiyası "F-16" qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadla “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 hava-hava raketi və 800 bomba satmaq niyyətindədir.
Silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna olunmur.
Qəzet qeyd edir ki, "F-16"ların Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil "F-35" qırıcılarının satışını da təsdiqləyə bilərlər.
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI










.jpg)























