ABŞ
Ankaranın qərarı Ağ Evi HƏRƏKƏTƏ GƏTİRDİ: Konqresdən icazə istənilib ki...
Amerika administrasiyası ABŞ Konqresinə "F-16" qırıcı-bombardmançı təyyarələrinin Türkiyəyə satışı ilə bağlı sorğu göndərib.
Bu barədə Publika.az Pentaqonun mətbuat katibi Patrik Rayderin bəyanatına istinadən xəbər verir.
"Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf edərək, mən bu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) işinin hazırkı statusu haqqında danışmaq hüququndan imtina edərdim", - ABŞ hərbi departamentinin rəsmi nümayəndəsi deyib.
DSCA Pentaqonun bir hissəsi olan ixtisaslaşmış dövlət qurumudur. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin inkişafına və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.
"Əlbəttə, ABŞ-Türkiyə ikitərəfli münasibətlərinə gəlincə, biz həmişə Türkiyənin vacib tərəfdaş və mühüm müttəfiq olduğunu söyləmişik. Və biz bu əlaqələri necə gücləndirə biləcəyimizə dair Türkiyə liderləri ilə işləməyə davam edəcəyik. Hər iki tərəfin müdafiə ehtiyacları qarşılanır. ", - Rayder qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Türkiyəyə 20 milyard dollar dəyərində yeni "F-16" qırıcılarının satışı üçün Konqresdən icazə almağa hazırlaşır.
Türkiyə Rusiyadan yeni nəsil "Su-57" qırıcılarının alınması imkanını nəzərdən keçirib. Bu variant ABŞ Konqresinin Ankaraya "F-16" təyyarələrini satmaqdan imtina edəcəyi təqdirdə mümkündür.
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI










.jpg)























