ABŞ
Şagird qadın müəllimini ölümünə döydü - VİDEO
ABŞ-ın Florida ştatının Palm Coust şəhərindəki Matanzas liseyində qan donduran hadisə baş verib.
Publika.az xəbər verir ki, sosial mediada paylaşılan məktəbin təhlükəsizlik kamerası görüntülərində 1,98 metr boyu və 122 kiloqram ağırlığında olan 17 yaşlı qaradərili şagirdin məktəb salonunda qadın müəllimə hücum etdiyi görülüb.
Videoda müəllimi yerə yıxan şagirdin daha sonra bədəninin müxtəlif nahiyələrindən təpiklə vurduğu və başına ən azı 15 yumruq zərbəsi endirdiyi əksini tapıb. Qısa müddətdə məktəbin digər işçiləri işə qarışaraq şagirdi kənara çəkiblər.
Məlumata görə, şagird sinifdə video oyun qurğusunu ondan götürdüyünə görə müəllimini huşunu itirənə qədər döyüb.
Şagird nəzarətə götürülüb. Müəllimin həyatına təhlükə olmadığı bildirilib.
Murad
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO











.png)

























