ABŞ
Pilotun halı pisləşdi, sərnişin onu əvəz etdi
ABŞ-da bir sərnişin huşunu itirmiş pilotu əvəzləyib və təyyarəni endirməyə kömək edib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Las-Veqasdan Kolumbusa uçan “Southwest Airlines” şirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı xəstələnib. Onun təcili tibbi yardıma ehtiyacı olub.
Laynerdə sərnişin qismində olan başqa bir aviadaşıyıcının sertifikatlı pilotu həmin şəxsin köməyinə gəlib. O, uçuş göyərtəsinə daxil olub və “Southwest Airlines”in digər pilotu təyyarəni idarə edərkən, ona radio rabitəsi ilə kömək edib. Huşunu itirmiş kapitan laynerin arxasına köçürülüb. Eyni reyslə uçan tibb bacısı ona ilkin tibbi yardım göstərib.
Nəşrin məlumatına görə, təyyarə Las-Veqasa qayıdıb, halı pisləşən pilot xəstəxanaya yerləşdirilib.
-
Qoroskop11:49
Ən yalançı bürclər - Bundan həzz alırlar
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
-
Art09:10
Başına müsibətlər gələn, 35 yaşında ölən aktyorun faciəvi həyat yolu
-
Dünya08:25
"Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər" - İran rəsmisi
-
Sağlamlıq07:35
ÜST-dən vərəmlə bağlı xəbərdarlıq - Rekord yoluxma
-
Kriminal03:18
Azərbaycanda qardaş bacını döyərək xəstəxanalıq etdi
-
ABŞ02:19
Baydendən İranla bağlı QƏRAR: Müddət uzadıldı