Bayden və Trampın evində tapılan məxfi sənədləri onlar araşdıracaq
Bizi izləyin

ABŞ

Bayden və Trampın evində tapılan məxfi sənədləri onlar araşdıracaq

ABŞ-da Konqresin yüksək rütbəli üzvləri prezident Co Bayden, keçmiş prezident Donald Tramp və keçmiş vitse-prezident Mayk Pensin evində tapılan “məxfi sənədləri” araşdıracaqlar.

Publika.az xəbər verir ki, bu barədə "Punchbowl News" məlumat yayıb.

Vaşinqton mərkəzli nəşrin xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi, Bayden, Tramp və Pensin evdə tapılan "gizli" sənədləri ən məxfi sənədlər arasında yer alıb.

Konqresin 8 yüksək rütbəli üzvü sənədləri ona daxil olmaq imkanı olan “Səkkizlik dəstəsi” adlı deputatlar qrupuna göndərib.

Nümayəndələr Palatasında və Senatda kəşfiyyat komitələri uzun müddətdir vurğulayır ki, məxfi sənədlərlə işləmək və saxlamaq, bu sənədlərə giriş tələb etmək, Ədliyyə Nazirliyindən bu məsələ ilə bağlı aparılan işlərlə bağlı məlumat tələb etmək vacibdir.

ABŞ-ın keçmiş prezidenti Trampın Floridadakı Mar-a-Laqo malikanəsində 8 avqust 2022-ci ildə FTB agentləri tərəfindən axtarış aparılıb və orada çoxlu “məxfi sənədlər” tapılıb.

Yanvar ayında FTB prezident Co Baydenin Delaverdəki iqamətgahında və onun təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində məxfi sənədlər tapıb.

Digər tərəfdən bildirilir ki, Pensin İndianadakı evində 2017-2021-ci illərdə Tramp administrasiyası dövründə vitse-prezident vəzifəsində çalışarkən "az sayda" məxfi sənədlər aşkarlanıb.

Yüksək dövlət rəhbərlərinin milli təhlükəsizlik adı altında həssas məlumatları ehtiva edən “məxfi sənədləri” düzgün idarə edə bilməməsi Amerika ictimaiyyətini narahat edir.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm