ABŞ-da defolt olacaq?
Bizi izləyin

ABŞ

ABŞ-da defolt olacaq?

"Bu gün ABŞ-da defolt ehtimalı çox kiçikdir".

Publika.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard bildirib.

Onun sözlərinə görə, hazırkı Amerika administrasiyası bilir ki, əgər defolt olarsa, bu, təkcə ABŞ-ın özü üçün deyil, həm də dünyanın qalan hissəsi üçün son dərəcə ciddi və uzunmüddətli nəticələrə gətirib çıxaracaq.

Bununla əlaqədar, ECB rəhbəri ümid edir ki, Amerika rəhbərliyi belə bir ssenarinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək. Laqardın fikrincə, əks təqdirdə dünya əsl fəlakətlə üzləşəcək.

"Mən ABŞ-ın buna icazə verə biləcəyinə inana bilmirəm", - o deyib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm