ABŞ
Güneyli milli fəal Əhməd Obalını döyən şəxs SAXLANILDI

ABŞ-da yaşayan güneyli milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı vəhşicəsinə döyülməsi ətrafında yayılan şayiələrlə bağlı səs yazısı yayıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bacısı oğlu, Günaz TV-nin Azərbaycan bürosunun rəhbəri Araz Obalıya göndərdiyi səs yazısında Əhməd Obalı bəzi məqamlara toxunub.
Əhməd Obalı bildirib ki, başına gələn bəla haqda müəyyən şayiələrin yaranması və yayılmasından xəbərdardır:
“Həm də dostlarımız, bizi istəyənlər məlumat almaq istəyir. Şükür, artıq ölüm təhlükəsindən sovuşmuşam. Ancaq əlim-ayağım iflicdir, ona da (sağalmasına) ümid var.
Ciyanəti törədən adam tutulub, hətta evində mənim qanıma bələnmiş paltarları da tapılıb. Sadəcə, bəzi şayiələr yayılmasın deyə, bildirirəm: polisin istəyi budur ki, biz kimsə ilə danışmayaq, polis araşdırmasından sonra hər şey üzə çıxacaq. Şahidlər var, bu məsələnin arxasında daha kimlər ola bilər, axtarılır”.
Əhməd Obalı onun haqqında maraqlanan hər kəsə təşəkkür edib:
“Bu da keçəcək. Ancaq biz yolumuza və işimizə davam etməliyik. Yaşasın Vətənimiz! Yaşasın Vətənimizin azadlığı uğrunda can verənlərin xatirəsi! Kaş biz də onlardan biri olaydıq”.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: hiyləgərin hədəfinə çevrilə bilərsiniz
-
Kriminal00:00
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ / VİDEO
-
Region30 Sentyabr 23:12
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
-
Sosial30 Sentyabr 21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial30 Sentyabr 21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin230 Sentyabr 21:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 30 Sentyabr 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial30 Sentyabr 20:30
Qənirə Paşayevanın məzarı - FOTO