Baydendən SƏRT AÇIQLAMA: "Putinin arxasında olmadığı çox az şey var"
Bizi izləyin

ABŞ

Baydendən SƏRT AÇIQLAMA: "Putinin arxasında olmadığı çox az şey var"

ABŞ prezidenti Cozef Bayden Tver vilayətində baş verən təyyarə qəzasına təəccüblənmədiyini, lakin son saat yarım idmanla məşğul olduğu üçün təfərrüatları bilmədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə açıqlamasında deyib.

“Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm”-deyə, o bildirib.

Təyyarə qəzasının arxasında Rusiya rəhbərliyinin olduğuna inanırsınızmı sualına Bayden belə cavab verib: “Rusiyada (Prezident Vladimir - Qeyd) Putinin arxasında olmadığı çox az şey var”.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm