ABŞ
İlon Mask yenidən ABŞ-ın ən varlı adamı oldu
"Forbes" jurnalı ABŞ-ın 400 ən varlı vətəndaşının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıya “SpaceX” və “Tesla”nın sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilib. Sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (158 milyard dollar) qərarlaşıb. “Microsoft”un rəhbəri Bil Geyts 6-cı (111 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 8-ci (106 milyard dollar) sıradadır.
ABŞ-ın ən varlı vətəndaşları siyahısında yer alan texnologiya maqnatları 2022-ci ilin payızından bəri, əsasən, süni intellektə yatırdıqları investisiya sayəsində, ümumilikdə 300 milyard dollar xalis sərvət qazanıblar. Belə ki, keçən il texnologiya sahəsində 65 nəfər sərvət qazanmışdısa, bu il bu rəqəm 69-dur. Onların dörddə üçündən çoxu 2022-ci ildəkindən daha zəngindir.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...