ABŞ
Sərhəd böhranı böyüyür: Florida ştatı Texasa ordu göndərir
Florida ştatı qeyri-qanuni miqrant axını ilə mübarizə aparmaq üçün öz Milli Qvardiyasının bir batalyonunu Texasa göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə Florida qubernatoru Ron Desantis məlumat verib.
“Hesab edirəm ki, dövlətin öz sərhədlərini möhkəmləndirmək hüququ var. Texas qeyri-qanuni mühacirləri kənarda saxlamaq üçün maneələr qoyursa, ülgüc məftilləri çəkirsə, mən kömək etmək istəyirəm. Mən bu maneələri yıxmağa və daha çox qeyr-qanuni daxil olmaq istəyən insanları içəri buraxmağa çalışan federal hökumətin bir hissəsi olmaq istəmirəm. Bu dəlilikdir”, - Desantis “X” (keçmiş Twitter ) səhifəsində yazıb.
Qubernator qeyd etdi ki, mühafizəçilər bu işğalı birdəfəlik dayandırmaq üçün Texasa maneələr qurmağa və ülgüc məftilləri quraşdırmağa kömək edəcəklər.
Desantisdən başqa, Oklahoma qubernatoru Kevin Stitt Texasa Milli Qvardiya əsgərlərini göndərməyə hazır olduğunu açıqlayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İlon Mask da Texası dəstəklədiklərini açıqlayıblar.
Yanvarın 22-də “Fox News” məlumat yayıb ki, ABŞ Ali Məhkəməsi Texasda ABŞ-Meksika sərhədində 30 mil (təxminən 48 km) məftil hasarı sökməyə qərar verib.
Tural
-
Avropa02:43
Makronu xoruza bənzətdilər
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu
-
Hadisə9 Dekabr 23:09
Sumqayıtdakı partlayışda ölən ata və oğlunun FOTOSU
-
Nida Xəbər 9 Dekabr 22:20
Astana formatı niyə tarixə qovuşur? - Üç dövlətdən ikisi...