ABŞ
Reputasiyaya zərbə: Səfirlər Konqresə müraciət etdilər - Bizi izləyirlər
Hind-Sakit Okean regionu ölkələrində bir qrup Amerika səfiri ABŞ Konqresini Ukrayna və İsrailə kömək üçün qanun layihəsini qəbul etməyə çağırıb.
Publika.az xəbər verir ki, diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton qanunvericilərin razılığa gələ bilməməsi səbəbindən müttəfiqlərinin etibarını itirmək riski daşıyır. Doqquz səfirin məktubundan “The New York Times” sitat gətirib.
Materialda bildirilir ki, ABŞ-ın tərəfdaş ölkələrinin hökumətləri tarixin dönüş nöqtəsində Vaşinqtonun qərarlarını diqqətlə izləyirlər.
“Onlar görmək istəyirlər ki, vəziyyət çətinləşəndə ABŞ müttəfiqlərimizin və tərəfdaşlarımızın yanında olacaq, ya yox”, - məktubda bildirilir.
Qəzet yazır ki, bu cür ictimai müraciətlər diplomatlar üçün xarakterik deyil, onlar daxili siyasi müzakirələrdən çəkinməyə çalışırlar.
“İndiyə qədər heç birimiz belə bir məktuba imza atmamışıq. Lakin tarixi məqamın ağırlığını nəzərə alaraq, birbaşa və dürüst qiymətləndirməmizi sizinlə bölüşməyi zəruri hesab edirik”, - diplomatlar vurğulayıblar.
Nəşr qeyd edir ki , ABŞ Konqresinə müraciəti Amerikanın Cənubi Koreya, Yaponiya, Avstraliya, Filippin, Hindistan, Çin, Yeni Zelandiya, Malayziya və Vyetnamdakı səfirləri imzalayıblar.
Materialda bildirilir ki, Ukraynaya yardım planının həyata keçirilməməsi Asiya-Sakit okean regionunda Çini “cəsarətləndirə bilər”.
Tural
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO