ABŞ
Baydenin gizlətdiyi məxfi sənədlər yayıldı - Orada hansı məlumatlar var?
Co Baydenin evində və ofisində məxfi sənədləri qəsdən gizlətdiyi müəyyən edilib.
Publika.az xəbər verir ki, xüsusi prokuror Robert Hur tərəfindən hazırlanan 345 səhifəlik hesabat Ağ Evin heç bir redaktə tələb etməyəcəyini açıqlamasından sonra ictimaiyyətə açıqlanıb.
Hesabatda Baydenin istintaqa mövzu olan sənədləri qəsdən gizlətdiyi, lakin ona qarşı heç bir ittihamın irəli sürülməyəcəyi bildirilib. Baydendə yaddaş pozğunluğu olduğu və istintaqa cəlb olunan sənədlərin təfərrüatını tam xatırlamadığı bildirilib.
Həssas məlumatların Amerikanın düşmənlərinin əlinə düşmə və itmə ehtimalı milli təhlükəsizlik üçün ciddi risklər yaradır. Cinayət ittihamı irəli sürməklə bu risklərin aradan qaldırılmasının uyğun həll yolu olmadığı bildirilib.
Bayden Ağ Ev vasitəsilə yazılı açıqlama verərək qərarı alqışlayıb: “Əvvəldən düşündüyüm nəticəni əldə etdiklərini görmək məni çox sevindirdi. Bu məsələ ilə bağlı heç bir ittiham irəli sürülməyəcək və məsələ artıq bağlanıb".
Bayden dövlət xidmətlərindəki karyerası boyunca həmişə Amerikanın təhlükəsizliyini qorumaq üçün çalışdığını bildirib. O, yaddaşının da yaxşı vəziyyətdə olduğunu qeyd edib.
Roza Şəfiyeva
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə