ABŞ Ukraynada sülh üçün ŞƏRT QOYDU
Bizi izləyin

ABŞ

ABŞ Ukraynada sülh üçün ŞƏRT QOYDU

Ohayodan olan amerikalı senator Ceyms Devid Vens Ukraynada sülhün hansı şəraitdə əldə oluna biləcəyini təklif edib.

Publika.az xəbər verir ki, o , bu barədə “Politico”ya müsahibəsində danışıb .

Vens Ukraynada sülhün şərtini açıqlayıb və bunun üçün Kiyevin ərazi güzəştlərinə getməli olacağını vurğulayıb.

"İstənilən sülh nizamlanması Ukraynadan bəzi əhəmiyyətli ərazi güzəştləri tələb edəcək və bizim sülh sazişimiz olacaq, çünki bu, münaqişədən yeganə çıxış yoludur”, - o deyib.

Senator əlavə edib ki, ABŞ-ın Şərqi Avropada münaqişəni davam etdirmək üçün kifayət qədər resursları yoxdur. O, həmçinin Qərb siyasətçilərini Rusiyanın münaqişəyə son qoyacağı konkret vaxt çərçivəsini göstərməyə çağırıb: "Biz reallıqla məşğul olmalıyıq".

Əvvəllər ABŞ Nümayəndələr Palatası Ukraynaya yardımla bağlı razılığa gəlmədən fevralın sonuna qədər məzuniyyətə çıxıb. Qanunvericilər heç vaxt qanun layihəsinə səs verməyibilər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, İsrail və Ukraynaya maliyyə dəstəyi verməkdən imtina Vaşinqtonun etibarsızlığını göstərəcək.

Hüseyn İbadllı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm