Tualetdə "təyyarə partlayacaq" qeydi tapıldı: ara qarışdı
Bizi izləyin

ABŞ

Tualetdə "təyyarə partlayacaq" qeydi tapıldı: ara qarışdı

ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan mesaja görə, Çikaqoda məcburi eniş edib.

Publika.az xəbər verir ki, polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş edib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyə edərək polis itləri ilə birlikdə təyyarəni saatlarla axtarsa ​​da, heç nə tapa bilməyib.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti yoxdur" deyilib.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm