"ABŞ Rusiyaya dəfələrlə xəbərdarlıq edib ki..." - Millerdən KRİTİK AÇIQLAMA
Bizi izləyin

ABŞ

"ABŞ Rusiyaya dəfələrlə xəbərdarlıq edib ki..." - Millerdən KRİTİK AÇIQLAMA

"ABŞ gözlənilən terror aktı ilə bağlı Rusiyaya aydın məlumatlar çatdırıb və bunu bir neçə dəfə edib".

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, "Crocus City Hall"da baş vermiş faciədən bir müddət əvvəl Rusiya ilə terror aktı təhlükəsi barədə ətraflı məlumat paylaşıb .

Martın 26-da Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov ABŞ-ın Rusiyaya terror aktı ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü etiraf edərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall"da terror aktı baş verib. "Piknik" qrupunun konsertindən əvvəl silahlı şəxslər otağa soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib, daha sonra yanğın başlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm