ABŞ-ı təhdid edən ən böyük daxili təhlükə - FTB açıqladı
Bizi izləyin

ABŞ

ABŞ-ı təhdid edən ən böyük daxili təhlükə - FTB açıqladı

İrqi, etnik və ya hökumət əleyhinə motivli şəxslər və kiçik radikal qruplar ABŞ üçün əsas daxili təhlükədir.

Publika.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyin ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışından əvvəl dərc edilmiş yazılı bəyanatında deyilir.

"Ölkəmiz üçün ən böyük terror təhlükəsi ayrı-ayrı şəxslərdən və ya kiçik vətəndaş qruplarından gəlir. Bizim üzləşdiyimiz əsas daxili terror təhlükəsi irqi və ya etnik motivli ekstremistlər və hökumət əleyhinə ekstremistlər kimi təsnif etdiyimiz ekstremistlərdən gəlməkdə davam edir", - FTB rəhbəri deyib.

Onun sözlərinə görə, bu şəxslər adətən internetdə radikallaşır və sərbəst əldə olunan silahlardan istifadə edərək yumşaq hədəflərə hücum etməyə çalışırlar.

Hazırda FTB-nin ən böyük narahatlığı Yaxın Şərqdə davam edən münaqişə səbəbindən cinayət törədə bilən tənha radikallardır. Radikallar həm yəhudiləri, həm müsəlmanları, həm də dini qurumları hədəfə ala bilərlər.

FTB direktorunun sözlərinə görə, 2020-ci ilin yazından 2023-cü ilin dekabrına qədər daxili terrorla bağlı araşdırmaların sayı təxminən 2,7 min təşkil edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm