“Altı yaşlı uşaqla rəqabət aparıram” - Baydendən Trampa atmaca
Bizi izləyin

ABŞ

“Altı yaşlı uşaqla rəqabət aparıram” - Baydendən Trampa atmaca

ABŞ Prezidenti Co Bayden keçmiş Prezident Donald Trampı “altı yaşlı yuxulu Don” adlandırıb.

Publika.az xəbər verir ki, Bayden bu barədə C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda danışıb.

"Lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, - deyə Bayden bildirib.

Onun siyasi rəqibi ilə bağlı zarafatı gülüşə səbəb olub.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm