Qoroskop
Bu araşdırma onları məyus edəcək: Bürclərə inananların hamısı...
İsveçli alimlər ulduz falına inananların daha az intellektə sahib olduğunu iddia ediblər. Mübahisəli araşdırmaya münasibət bildirən ekspertlər ulduz falı sevənlərin tənqidi düşünə bilməyəcəyini bildiriblər.
Publika.az xəbər verir ki, astrologiyaya inanan insanlar üzərində aparılan araşdırma böyük müzakirələrə səbəb olub. Mübahisənin fitilini İsveçin Lund Universitetinin psixoloqları alovlandırıb.
Bir qrup psixoloq astrologiyaya və ulduz falına inanan insanların daha çox narsisist və daha az intellektli olduqlarını iddia edib. Onlar bunun üçün 250 nəfərlə aparılan sorğunun nəticələrini əsas götürüblər. Araşdırma aparan alimlər, həmçinin astrologiyanın narsisistik şəxsiyyət xüsusiyyətini dəstəkləyən və tənqidi düşünmə qabiliyyətini azaldan böyüklük hissini gücləndirdiyini müəyyən ediblər.

Texnologiya mütəxəssisi Tanal Türkoğlu astrologiya cazibəsinin gələcəyi bilmək inancından qaynaqlandığını qeyd edib: “İnsanlar gələcəklərini astrologiya kimi şeylərlə əlaqələndirməsi zəkanın inkişafını zəiflədir. Əgər bir şey tənqidi düşünmə bacarıqlarına mane olacaqsa, bu, astrologiya deyil, eqosentrik xarakter strukturlarıdır”.
Psixiatriya mütəxəssisi, professor Kamal Arıkan Amerikada aparılan bir araşdırmanı xatırladaraq, bürclərin həqiqəti göstərmədiyini diqqətə çatdırıb: “İnsanlar gələcəklə maraqlanır. Gələcəyi təxmin etməyin ən yaxşı yolu elmi üsullardır. Qoy ulduz falına baxanlar məntiqsiz hərəkət etsinlər. Gələcəyi bilmək marağı insanları bürclərə inanmağa sövq edir və elmdən uzaqlaşdırır. İnsan zəkasının astrologiyaya inanması arasında birbaşa əlaqə olduğunu düşünmürəm və astrologiyaya inanmağı da düzgün hesab etmirəm”.

Astrologiya səmadakı ulduz və planetlərin insanların həyatına təsir etdiyinə dair bir inanc sistemidir. Bunun heç bir elmi izahı yoxdur. Bu inanc sisteminin ən maraqlı tərəfi onun naməlum və gələcəklə bağlı şərhləridir. Ümumiyyətlə, astrologiyanın insan psixologiyasına təsiri insanın astrologiyaya necə baxmasından, inanc sistemindən və həyat tərzindən asılıdır.
Aysel Şahmar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
































.jpg)


