Trampın itkiləri dəfələrlə artdı: Sosial şəbəkə uğursuzluğu
Bizi izləyin

ABŞ

Trampın itkiləri dəfələrlə artdı: Sosial şəbəkə uğursuzluğu

İlin ilk nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti, hazırda Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Trampa məxsus “Truth Social” sosial şəbəkəsi 327,6 milyon dollar zərər alıb.

Publika.az xəbər verir ki, bu barədə Trump Media and Technology Group (TMTG) idarəedici şirkətinin press-relizində deyilir.

Ötən il şirkətin zərəri 58 milyon dollar təşkil edib ki, bu da sosial şəbəkənin gəlirləri ilə bağlı problemlərin bir neçə dəfə artdığını göstərir. Eyni zamanda, vəziyyəti kritik hesab etməkdən imtina edir.

Cari itkilərin 6,3 milyonu SPAC şirkəti Digital World Acquisition ilə sövdələşmənin bağlanması, 311 milyonu isə veksellərin konvertasiyası və borc öhdəliklərinin başa çatanadək ödənilməsi hesabına olub.

Qeyd edək ki, aprelin ortalarında TMTG 146 milyon səhmi, o cümlədən Trampın 114 milyonunu satmaq istədiyini bildirib. Sonra şirkətin kotirovkaları 14 faiz azalsa da sonradan artıb. Hazırda şirkətin kapitallaşması 6,6 milyard dollar təşkil edir.

Şirkətin birinci rüb üzrə gəliri 770,5 min dollar təşkil edib. Beləliklə, ikinci rüb ardıcıl olaraq "Truth Social" sahibinə bir milyon dollardan az gəlir gətirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm