BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirildi
Bizi izləyin

ABŞ

BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirildi

BMT-nin (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın emblemindən ibarət bayraqlar yarıya qədər endirilib.

Publika.az xəbər verir ki, qərar bazar günü helikopter qəzasında həlak olan İran Prezidenti, xarici işlər naziri və onların nümayəndə heyətinin xatirəsinə ehtiram əlaməti olaraq verilib.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm