Assanj azadlığa buraxıldı
Bizi izləyin

ABŞ

Assanj azadlığa buraxıldı

ABŞ-ın Saipan adasındakı (Şimali Mariana Adaları Birliyi) Dairə Məhkəməsinin hakimi Ramona Manqlona "WikiLeaks"in qurucusu Culian Assanjı məxfi məlumatları əldə etmək və yaymaqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, o, artıq Britaniya həbsxanasında çəkdiyi həbs müddətinə uyğun cəza alıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hökm elan edildikdən sonra Assanja əlavə həbsə ehtiyac olmadığı və o, məhkəmə zalını sərbəst tərk edə bildiyi bildirilib. Bununla da 14 illik hüquqi mübarizə başa çatıb.

ABŞ prokurorları ilə razılaşmaya əsasən, Assanj təqsirli olduğunu etiraf edib və ittiham olunaraq 62 ay həbs cəzasına məhkum edilməli idi. Lakin Britaniya həbsxanasında keçirdiyi beş illik müddət bu müddətə hesablanıb.

Assanjın yaxın saatlarda Avstraliyaya gələcəyi gözlənilir .

"The Australian" qəzetinin məlumatına görə, onun göyərtəsində olduğu şəxsi təyyarə yerli vaxtla saat 12:00-dan sonra havaya qalxacaq və yerli vaxtla saat 18:40 radələrində Avstraliya paytaxtına enəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm