Nəsrullahı aradan qaldırmaq əmrini buna görə verdim - Netanyahu
Bizi izləyin

Yaxın Şərq

Nəsrullahı aradan qaldırmaq əmrini buna görə verdim - Netanyahu

“Hizbullah” lideri Həsən Nəsrullahın zərərsizləşdirilməsi qərarı, digər məsələlərlə yanaşı, Livan ərazisindən atışmalara görə evakuasiya edilmiş İsrailin şimal bölgəsinin sakinlərinin öz evlərinə qayıtması üçün verilib.

Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciəti zamanı deyib.

O, Nəsrullahın aradan qaldırılmasının şimal bölgələrinin sakinlərinin öz evlərinə salamat qayıtması və bölgədəki qüvvələr nisbətinin dəyişməsi üçün zəruri olduğunu qeyd edib: “Bu, hədəflərimizə çatmaq üçün də zəruri şərt idi. Nəsrullah sağ olduğu müddətcə “Hizbullah” məhv etdiyimiz potensialını tez bir zamanda bərpa edə bilirdi. Mən əmr verdim və o artıq aramızda deyil. Onun aradan qaldırılması sakinlərimizin şimaldakı evlərinə qayıtmasını, cənubdakı məhbuslarımızın da qayıtmasını yaxınlaşdırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm