ABŞ
“Helen” milyona yaxın insanı işıqsız qoydu
“Helen” qasırğası ABŞ-nin bir sıra ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Publika.az xəbər verir ki, Floridada 1,3 milyona yaxın, Corciya ştatında 500 mindən çox, Cənubi Karolina ştatında 110 min, Şimali Karolina ştatında isə 30 min insan işıqsız qalıb.
“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da Florida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib. Təbii fəlakət nəticəsində azı üç nəfərin öldüyü bildirilir.
Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.
Hazırda sürəti saatda 145 kilometrədək zəifləyən qasırğanın şənbə günü Tennessi ştatına çatacağı gözlənilir.
-
İKT06:46
"Android" cihazları fişinq xarakterli mesajlardan necə qorumaq olar? - VİDEO
-
Magazin206:16
Bakıya birlikdə gəldiyi ispan sevgilisinə ərə gedir
-
Magazin102:43
Ayandan qalmaqallı sözlər: "Bu kişilər evlənib kimisə bədbəxt etməsin!" - VİDEO
-
Dünya01:50
Xameneidən Beyruta hücuma ilk REAKSİYA: Fövqəladə iclas çağırdı
-
Qoroskop00:10
Günün qoroskopu: Çox məsuliyyət götürməkdən çəkinin!
-
MDB27 Sentyabr 23:09
Mahaçqalada dəhşətli PARTLAYIŞ: ölü və yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
İKT27 Sentyabr 22:24
Diqqət! Kiber təhlükə var - Telefonunuzda bu baş verirsə...
-
Hadisə27 Sentyabr 22:12
Bakıdakı güclü yanğın havadan belə görüntüləndi - VİDEO