Demokratlar Baydeni dəstəkləyir? - Özü cavablandırdı
Bizi izləyin

ABŞ

Demokratlar Baydeni dəstəkləyir? - Özü cavablandırdı

ABŞ prezidenti Co Bayden hesab edir ki, teledebatda uğursuz çıxışına baxmayaraq, Demokrat Partiyasının dəstəyinə arxalana bilər.

Publika.az xəbər verir ki, Pensilvaniyaya səfəri zamanı Baydendən partiya üzvlərinin onu dəstəkləyib-dəstəkləmədiyi soruşulub.

Prezident isə öz növbəsində “bəli” deyə qısa cavab verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokrat Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliklərinin yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənməsi planlaşdırılır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm