Baydenlə bağlı təklif: Heykəli o dağda olmalıdır
Bizi izləyin

ABŞ

Baydenlə bağlı təklif: Heykəli o dağda olmalıdır

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi deyib ki, Birləşmiş Ştatlar Raşmor dağına prezident Co Baydenin heykəlini də əlavə etməlidir.

Publika.az xəbər verir ki, Pelosi bu barədə “CBS News”a müsahibəsində deyib.

“Raşmor dağında Teddi Ruzvelt var. O gözəldir. Mən demirəm ki, silinsin. Lakin biz Baydeni də əlavə edə bilərik”, - Pelosi deyib.

“Mount Rushmore Memorial” dörd Amerika prezidentinin qranit üzərində oyulmuş 18,6 metr hündürlüyündə barelyefdir: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkoln.

Memorial 1927-1941-ci illərdə heykəltəraş Qutson Borqlumun rəhbərliyi ilə yaradılıb və ABŞ-ın yaranmasının 150 illiyinə həsr edilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm