Nüvə müharibəsi riski barədə XƏBƏRDARLIQ: "Soyuq müharibənin ən pis günlərindən bəri..."
Bizi izləyin

ABŞ

Nüvə müharibəsi riski barədə XƏBƏRDARLIQ: "Soyuq müharibənin ən pis günlərindən bəri..."

ABŞ-ın nüvə potensialını gücləndirməsi Rusiya ilə gərginliyi azaltmayacaq, əksinə, nüvə müharibəsi riskini artıracaq.

Publika.az xəbər verir ki, bu barədə "Responible Statecraft"ın hesabatında deyilir.

Nəşr qeyd edir ki, Vaşinqton nüvə silahı yarışına qayıtmaqdansa, Rusiya ilə gərginliyi azaltmaq üçün imkanlar axtarmalıdır.

"Əks halda, dünyanın soyuq müharibənin ən pis günlərindən bəri görmədiyi qarşıdurma başlayacaq”, - nəşr iddia edir.

Bundan əvvəl Quincy Məsuliyyətli Hökumət İnstitutunun analitiki Uilyam Hartunq bildirmişdi ki, ABŞ-ın Rusiya və Çinlə paritet naminə nüvə silahı yaratması yalnız nüvə münaqişəsi ehtimalını artıracaq.

Bir gün əvvəl BMT-nin baş katibi nüvə silahından istifadə təhlükəsini real adlandırıb. O qeyd edib ki, onu tamamilə yox etməyin yeganə yolu nüvə silahından tamamilə imtina etməkdir.

Quterreşin sözlərinə görə, beynəlxalq münasibətlərin pisləşməsi fonunda nüvə təhlükəsi yenidən özünü büruzə verməyə başlayıb.

"Bu, realdır və indi dünya bununla üz-üzədir", o vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm