ABŞ-ı kim idarə edir? - Bayden tətildə, Kamala mitinqdə
Bizi izləyin

ABŞ

ABŞ-ı kim idarə edir? - Bayden tətildə, Kamala mitinqdə

Yaxın Şərq və Ukrayna böhranlarının həllini gözlədiyi bir vaxtda ABŞ prezidenti Co Baydenin doğma şəhərində yay tətili keçirməsi müzakirə mövzusudur.

Publika.az xəbər verir ki, son zamanlar bölgədə gərginliyin artması dünya müharibəsi ehtimalını artırır. Bütün bunlar baş verərkən, doğulduğu Delaver ştatında çimərlikdə dincələrkən ABŞ prezidenti Co Baydenin görüntüsü ortaya çıxıb.

Baydenin keçən ay prezidentliyə namizədliyini geri götürməsi və ya bəzilərinin fikrincə, postundan tamamən uzaqlaşdırıldığı iddiaları hazırda ABŞ-ın kimin nəzarəti altında olduğuna dair suallar yaradır.

Bu barədə Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlama verib: “Prezident məzuniyyətdədir, amma siz işdən tamamən uzaqlaşdığını düşünə bilməzsiniz. O, həm daxildə, həm də xaricdə milli təhlükəsizlik maraqlarımızı qorumağımızı təmin etmək üçün işləyir”.

Bu açıqlamalara baxmayaraq, avqustun 17-də Ağ Evi tərk edən Bayden yalnız avqustun 19-da Çikaqoda Demokratlar Partiyasının qurultayında iştirak edib. Daha sonra Kaliforniyaya tətilə gedən prezident bazar günü Kaliforniyadakı tətilini başa vuraraq Delaverə gedib. Avqustun 31-dək isə rəsmi bir proqram yoxdur.

Vitse-prezident Kamala Harris isə son 5 həftədir ki, seçki kampaniyasındadır. Harrisin dünya siyasətinin gələcəyini müəyyən edən bu məsələlərlə nə dərəcədə maraqlandığı da sual işarəsidir.

Məsələyə reaksiya verən Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bazar günü sosial şəbəkə paylaşımında “Yaxın Şərqdə bizim adımıza kim danışıqlar aparır? Hər yerə bombalar düşür. Yuxulu Co Kaliforniyada çimərlikdə yatır" yazıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm