ABŞ
Tramp ona edilən sui-qəsdlə öyündü: Ancaq o prezidentlər güllələnir ki...
Yalnız ardıcıl və nüfuzlu prezidentlər təhdid və sui-qəsd cəhdləri ilə üzləşirlər.
Publika.az "Fox News"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.
“Görəsən məni niyə vurdular? Bilirsiniz, ancaq güclü prezidentlər güllələnir”, - Tramp bildirib.
O, həmçinin ABŞ prezidenti olmağı təhlükəli iş adlandırıb.
“Prezident olmaq bir az təhlükəlidir. Bu, olduqca qorxuludur, elə deyilmi? Biz təhlükəsizliyi təmin etməliyik”, - respublikaçı bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Floridada Donald Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd orada olarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, Demokratlar və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.
Adəm Abbaslı
-
Dünya15:12
Cəmisi iki ildən sonra İsrail məhv olacaq: Trampdan AÇIQ MESAJ
-
Region14:58
Ermənistanın İctimai Radiosunda Bakı vaxtı quruldu - FOTOFAKT
-
Sosial14:22
Sabah qeyri-iş günü olacaq? - Rəsmi açıqlama
-
Sosial13:46
Rusiyada bu azərbaycanlılara EVLƏNMƏK QADAĞAN EDİLDİ
-
İdman13:40
Ramosun özündən 8 yaş böyük xanımı: Onun cazibədarlığının sirri nədir? - FOTOLAR
-
Hadisə13:23
Azərbaycanda şok hadisə - Zirzəmidə əsir saxlanılan qız xilas edildi
-
Sosial12:44
XİN-dən Ermənistana cavab: Bu qəbuledilməzdir!
-
Rəsmi xronika11:52
İlham Əliyev Ağdama getdi