ABŞ
İranı sözləri ilə deyil, əməlləri ilə mühakimə edəcəyik - Ağ Ev
Ağ Ev bəyan edib ki, nüvə danışıqlarında İranın sözləri deyil, hərəkətləri nəzərə alınacaq.
Publika.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında ABŞ-ın İranla nüvə danışıqları mövzusunda gələcək mövqeyi ilə bağlı açıqlama verib.
Jean-Pierre İran prezidenti Məsud Pezeşkianın nüvə məsələsində ABŞ ilə yenidən danışmağa hazır olduğunu söyləməsi xəbəri ilə bağlı suala cavab verib. O, Ağ Evin bu məsələdə mövqeyinin uzun müddətdir ki, eyni olduğunu bildirib: "Biz gördük ki, İranın nüvə proqramı ilə bağlı səmərəli, uzunmüddətli həllə nail olmağın ən yaxşı yolu diplomatiyadan keçir. Bu, son 3,5 ildə kifayət qədər qərarlı olduğumuz bir şeydir."
Sözçü ABŞ-ın İranın nüvə fəaliyyətlərinə münasibətində həmişə dəqiq olduğunu bəyan edib: "Dünyadakı münasibətlərimizdən danışarkən bu diplomatik danışıqların aparılmasının çox vacib olduğuna inanırıq. Amma indi biz belə bir şeydən çox uzaqdayıq və buna görə də biz İranı sözləri ilə deyil, əməlləri ilə mühakimə edəcəyik”.
Jean-Pierre həmçinin qeyd edib ki, İran bu məsələdə ciddiliyini və yeni yanaşmasını göstərmək istəyirsə, nüvə fəaliyyətini və regional gərginlikdən daxili məsələlər üçün istifadə etməyi dayandırmalıdır.
Roza Şəfiyeva
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi