ABŞ
ABŞ-da şok etiraf: Senzuranı azaldın, hamını susdurmağa çalışmayın
Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd J.D.Vens keçmiş dövlət katibi Hillari Klintonun bəyanatlarına cavab olaraq demokratları mövqelərini bölüşməyənlərə qarşı senzuranı yumşaltmağa çağırıb.
Publika.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
“Demokratlar, mən bu ölkənin hər bir liderini təkcə ritorikanı azaltmağa deyil, senzuranı yumşaltmağa da çağırıram. Gəlin birlikdə müzakirə edək!”, - deyə Vens bildirib.
Vens eyni zamanda xatırladıb ki, keçmiş dövlət katibi Klinton medianı respublikaçılar tərəfindən yayıldığı iddia edilən “dezinformasiya”nın kifayət qədər işıqlandırmamasına görə tənqid edib, həmçinin amerikalıları bu cür hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Vensın fikrincə, bu, faktiki olaraq o deməkdir ki, Klinton onun fikri ilə razılaşmayan hər kəsi susdurmaq istəyir.
Adəm Abbaslı
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR
-
Dünya16:09
İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi