ABŞ
Nəhəng qoçlar yaratmağa çalışan həvəskar genetik həbs edildi
ABŞ Ədliyyə Nazirliyi 81 yaşlı Artur Şubarta 6 ay həbs cəzası kəsdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, amerikalı genetikin Qırğızıstandan ölkəyə qeyri-qanuni vəhşi qoyun DNT materialı gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Phys.org portalı "Agence France-Presse" (AFP) xəbər agentliyinə istinadən xəbər verir.
Məlum olub ki, Şubart sonradan klonlaşdırılmış embrionlar yaratmaq üçün dünyanın ən böyük qoyun növlərinin - arqarları qeyri-qanuni olaraq Mərkəzi Asiya respublikasından idxal edib. Əldə edilən embrionlar daha sonra kişinin Montanadakı fermasında ev qoyunlarına implantasiya edilib. Nəticədə Marko Polo adlı arqar dünyaya gəlib.
Şubart nəhəng qoçların yeni hibridlərini yetişdirmək məqsədiylə müxtəlif növ qoyunları mayalamaq üçün onun spermasından istifadə edib. Təqaüdçü heyvanları kubok ovu təşkil edən təsərrüfatlara satmağı planlaşdırırdı.
“Şubartın tamahkarlığı onu dünyanın ən böyük qoyunlarının hissələrini Qırğızıstandan Montanaya gətirməyə vadar edib. Hibrid heyvanların yaradılması üçün bu cür hərəkətlər qeyri-təbii olduğu qədər də qeyri-qanunidir”, - prokuror Cessi Lasloviç bildirib.
Həbsdən əlavə, Şubartı 20.000 dollar cərimələnib, həmçinin Milli Balıq və Vəhşi Təbiət Fonduna daha 4.000 dollar ödəməyə məhkum edilib.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?