ABŞ indi də "Milton"un gəlişinə hazırlaşır: Marketlərin rəfləri boşaldı - FOTO
Bizi izləyin

ABŞ

ABŞ indi də "Milton"un gəlişinə hazırlaşır: Marketlərin rəfləri boşaldı - FOTO

ABŞ-ın Florida ştatında gözlənilən "Milton" qasırğası üçün əhali tədbirlər görməyə başlayıb. Tədbirlər çərçivəsində market rəfləri demək olar ki, boşalıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib.

Bildirilib ki, "Milton" qasırğası oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə bilər.

Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə "İrma" qasırğasından sonra ən böyük təxliyə üçün hazırlaşdığını bildirib.

Ştat “Helene”nin geridə qoyduğu ziyanı təmizləməyə davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın "Milton" qasırğasından ağır zərbə ala biləcəyini qeyd edib.

Xatırladaq ki, ABŞ Milli Qasırğa Mərkəzi sentyabrın 26-da "Helene" qasırğasının təxminən 225 kilometr sürətlə Floridanın şimal-qərb sahillərini vurduğunu açıqlayıb. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib. Qasırğanın yaratdığı fəlakətlərdə 227 nəfər həyatını itirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm