Rüsvayçı uğursuzluq: Papadan Yaxın Şərqdə baş verənlərə reaksiya
Bizi izləyin

Dünya

Rüsvayçı uğursuzluq: Papadan Yaxın Şərqdə baş verənlərə reaksiya

Roma Papası Fransisk beynəlxalq diplomatiyanı Yaxın Şərqdəki münaqişənin həllində uğursuzluğuna görə tənqid edib.

Publika.az xəbər verir ki, HƏMAS hücumunun ildönümü münasibətilə bölgədəki katoliklərə müraciətində o, davam edən zorakılıqlardan təəssüfləndiyini bildirib.

“Bir il əvvəl beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin silahları susdurmaqda və müharibə dəhşətlərini dayandırmaqda biabırçı uğursuzluğa düçar olması səbəbindən sönməyən, ancaq daha da güclənən nifrət atəşi alovlandı”, - Vatikanın mətbuat xidməti Papadan sitat gətirib.

Frensis qeyd edib ki, qan axmağa davam edir, qəzəb artmaqda davam edir, dialoq və sülhə əhəmiyyət verilmir.

“Mən heç vaxt təkrarlamaqdan yorulmuram: müharibə məğlubiyyətdir, silah gələcəyi məhv edir, zorakılıq heç vaxt sülh gətirmir”, - deyə pontifik Yaxın Şərqdəki katoliklərə mənəvi dəstəyini ifadə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm