Narinin 14 azyaşlı qohumu ilə bağlı diqqətçəkən detallar
Bizi izləyin

Dünya

Narinin 14 azyaşlı qohumu ilə bağlı diqqətçəkən detallar

Türkiyənin Diyarbəkir bölgəsində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı istintaq davam edir.

Publika.az xəbər verir ki, ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi yaratdığı xüsusi qrupla Narinin yaşı 18-dən az olan 14 qohumu üçün araşdırma başladıb. 14 uşağın müayinəsində diqqətçəkən detallar üzə çıxıb.

Əldə edilən məlumata görə, Fövqəladə Hallarda Psixososial Dəstək Şöbəsinin tərkibində yaradılan “Tavşantəpə Xüsusi Dəstəsi” kənddə fəaliyyətə başlayıb. Müayinələr zamanı uşaqlardan bəzilərinin hadisədən mənfi təsirləndiyi, narahatlıq və qorxu hisslərinin artdığı, bəzilərinin isə dərsdən yayındığı müəyyən edilib.

Mütəxəssislər xüsusilə kiçik uşaqlarda qorxu və narahatlığın üstünlük təşkil etdiyini təsbit edib. Qruplar bu uşaqların müntəzəm təqibi üçün məsləhət tədbirləri ilə dəstəklənməsinin vacibliyini vurğulayıb. Həmçinin məktəbdən yayınan uşaqlar haqqında rayon milli təhsil müdirliyinə məlumat verilib.

Hadisədən bəzi uşaqlar mənfi təsirlənsə də, verilən psixoloji dəstəkdən sonra vəziyyətlərinin daha yaxşı olduğu müəyyən edilib.

Komandanın kənddə işləri davam edərkən, araşdırmalar başa çatdıqdan dərhal sonra daha geniş təhlillərə başlanılacağı qeyd edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm